Milli Qurtuluş Gününə həsr olunan konsert keçirilib


Bu il Azərbaycanda iki əlamətdar tarix - Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Ulu Öndərin hakimiyyətə qayıdışının 30 illiyi qeyd edilir. Bu münasibətlə 15 iyun – Milli Qurtuluş Günündə Heydər Əliyev Mərkəzinin parkında konsert proqramı təqdim edilib.

Konsertdə populyar müğənnilər və kollektivlər səhnəyə çıxıblar.

Azərbaycanın tanınmış estrada ulduzlarının, sevilən muğam və milli mahnılarımızın ifaçılarının iştirak etdikləri konsertin proqramı maraqlı ssenari ilə yadda qalıb. Belə ki, konsertdə 1993-cü ildən 2023-cü ilədək olan dövrdəki vətənpərvər mahnılar ifa olunub. Bu mahnıların hər biri Vətənə, xalqa sevgini tərənnüm edir.

Heydər Əliyev Mərkəzinin parkına gələnlər möhtəşəm gecənin iştirakçısı olublar, bir çoxlarımızın əzbər bildiyi mahnıları ifaçılarla birlikdə ifa edib, bu bayram gününü yüksək əhval-ruhiyyə ilə keçirmək imkanı qazanıblar.

Konsertdə Abbas Bağırov, Ağadadaş Ağayev, Alim Qasımov, Aybəniz Haşımova və "Bülbüllər" qrupu, Aygün Bəylər, Aygün Kazımova, Azər Zeynalov, Bilal Əliyev, Eldar Qasımov, Emin, Faiq Ağayev, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Xəyyam Nisanov, İlhamə Qasımova, İlqar Muradov, Lalə Məmmədova, Manana, Miri Yusif, Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestri və Azərbaycan Dövlət Xor Kapellası, Mübariz Tağıyev, Natavan Həbibi, “Natiq” ritm qrupu, Nərmin Kərimbəyova, Nigar Camal, Nurlan Növrəsli, Röya, Samirə Əli Məryəm, Sevda Ələkbərzadə, Şəmistan Əlizamanlı, Tünzalə Ağayeva, Vüqar Əbdülov, "Zəfər" xoru, Zülfiyyə Xanbabayeva çıxış ediblər.

Vətən müharibəsi şəhidlərimizin övladlarından ibarət “Zəfər” xorunun çıxışı isə daha təsiredici olub.

Milli Qurtuluş Gününə həsr olunan konsert Müslüm Maqomayevin “Baharlı yurdum, Azərbaycan” mahnısının ifası ilə başa çatıb.

























































 
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57
Şou-biznes bölməsinin xəbərləri