“Avroviziya 2026”nın ilk finalçıları müəyyənləşdi

Avstriyanın Vyana şəhərində keçirilən “Avroviziya 2026” mahnı müsabiqəsinin ilk yarımfinal mərhələsi başa çatıb və finala yüksələn ölkələr müəyyənləşib.


LIVE.az xəbər verir ki, yarımfinalda 10 ölkə finala vəsiqə qazanaraq, şənbə günü keçiriləcək həlledici mərhələyə adlayıb.


Eyni zamanda, bəzi tanınmış ifaçılar və ölkələr yarışmadan kənarda qalıb.


Finala vəsiqə qazanan ölkələr bunlardır:


Belçika


Xorvatiya


Finlandiya


Polşa


Serbiya


İsveç


İsrail


Yunanıstan


Litva


Moldova




Yarımfinal nəticələrinə əsasən, Estoniya, Gürcüstan, Monteneqro, Portuqaliya və San Marino müsabiqədən kənar qalıb.


Final mərhələsində iştirak edəcək ifaçılar arasında Finlandiyanın “Liekinheitin” mahnısı hazırda əsas favoritlərdən biri kimi göstərilir.

Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Dua Lipa Londonda evlənib

  • 01 июн, 12:59