
Bakı Dövlət Sirki ikiillik fasilədən sonra fəaliyyətini bərpa edib.
LIVE.az-ın məlumatına görə, bu barədə life.az-a Mədəniyyət Nazirliyindən istinadla xəbər verir ki, Bakı Dövlət Sirkinin kollektivi, eləcə də Macarıstan, Qazaxıstan, Gürcüstan, Belarus, Efiopiya və Argentinadan gəlmiş tanınmış sirk artistlərinin iştirakı ilə hazırlanan proqramın açılışı olub.
Xatırladaq ki, 2024-cü ildə Bakı Dövlət Sirkinin fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdır.
Qeyd edək ki, Bakı Dövlət Sirki 1967-ci ildən unikal memarlığa malik binada fəaliyyət göstərir.