Türkiyədə narkotik istintaqı çərçivəsində daha 22 nəfər saxlanılıb.
LIVE.az "Haber Global"a istinadən xəbər verir ki, onların arasında tanınmış simalar - müğənni Kənan Doğulu və həyat yoldaşı, aktrisa Beren Saat, müğənni Kerimcan Durmaz, aktyorlar Berdan Mardini və Enis Arıkan da var.
Qeyd edək ki, Türkiyədə ötən ildən narkotiklə bağlı həyata keçirilən əməliyyat çərçivəsində bir çox məşhur simalar saxlanılıb və daha sonra sərbəst buraxılıb.