Partlayış təhlükəsinə görə “Mançestr Yunayted”-“Bornmut” oyunu təxirə salınıb

Bu gün “Old Trafford” stadionunun boşaldılması səbəbindən İngiltərə çempionatında sonuncu turda “Mançestr Yunayted” və “Bornmut” komandaları arasında keçirilməsi nəzərdə tutulan oyun təxirə salınıb.

APA-nın “The Telegraph” nəşrinə istinadən verdiyi məlumata görə, saat 17:00- da oyunun keçirilməsinin nəzərdə tutulduğu stadionda evakuasiyaya səbəb partlayış təhlükəsi olub.

Tribunadan şübhəli paket tapılıb. Hazırda polis stadionda axtarış aparır.
Şərhlər
İdman bölməsinin xəbərləri