Azərbaycanlı hücumçu İsveç çempionatının ən dəyərli futbolçuları sırasındadır

Azərbaycanlı hücumçu Musa Qurbanlı İsveç çempionatının ən dəyərli futbolçuları sırasındadır.


LIVE.az-ın Beynəlxalq İdman Araşdırmaları Mərkəzinə (CİES) istinadən məlumatına görə, “Yurqorden” klubunun oyunçusu İsveç Allsvenskanında çıxış edən ən bahalı 9-cu futbolçudur.


21 yaşlı forvardın transfer qiyməti 3,4 milyon avroya bərabərdir. İsveç çempionatının ən dəyərlisi isə 7,9 milyon avro ilə “Malmö”nün yarımmüdafiəçisi Sebastyan Nanasidir.

Şərhlər
İdman bölməsinin xəbərləri