Bu gün AVRO-2024-ün pley-off mərhələsində 6 oyun keçirilib

Bu gün AVRO-2024-ün pley-off mərhələsində 6 oyun keçirilib.


Ilk matçda Gürcüstan ilə Lüksemburq milliləri qarşılaşıblar.


Gürcüstan doğma meydanda rəqibinə 2:0 hesabı ilə qalib gəlib. Hər iki qolu Budu Zivzivadze vurub.


Pley-off mərhələsinin digər oyunlarının nəticələri:


A Liqası


Polşa - Estoniya 5:1


Uels - Finlandiya 4:1


B Liqası


Ukrayna - Bosniya və Herseqovina 2:1


İslandiya – İsrail 4:1


C Liqası


Yunanıstan - Qazaxıstan 5:0


Gürcüstan - Lüksemburq 2:0


Bu nəticələrə əsasən, pley-offun finalında Polşa - Uels, Ukrayna - İslandiya və Gürcüstan - Yunanıstan oyunları baş tutacaq. Qarşılaşmalar martın 26-da keçiriləcək. Qələbə qazanan yığmalar AVRO-2024-ün final mərhələsinə vəsiqə qazanacaqlar.

Şərhlər
İdman bölməsinin xəbərləri