Gürcüstan millisi ilk dəfə futbol üzrə Avropa çempionatına vəsiqə qazanıb


Gürcüstanın futbol üzrə milli komandası tarixində ilk dəfə Avropa Çempionatının qrup mərhələsinə vəsiqə qazanıb.


Futbol üzrə Gürcüstan milli komandası 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatında iştirak edəcək.


Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasında gürcü futbolçular daha dəqiq olub - 4:2.


Gürcüstan millisi ilk dəfə Avropa çempionatının final mərhələsində çıxış edəcək. Yunanıstanlı futbolçular ardıcıl üçüncü dəfə qitə birinciliyinə vəsiqə qazana bilməyiblər. Yunanıstan komandası 2004-cü il Avropa çempionatının qalibidir.


Qeyd edək ki, qarşılaşma Tbilisidə “Dinamo Arena”da baş tutub.


Gürcüstan millisi Avropa çempionatında F qrupunda mübarizə aparacaq.Komandanın rəqibləri Türkiyə (18 iyun), Çexiya (22 iyun) və Portuqaliya (26 iyun) komandaları olacaq.


Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Təsnifat turnirinin nəticələrinə əsasən çempionatda 20 iştirakçı müəyyən edilib, 21-ci isə yarışın ev sahibi kimi avtomatik olaraq final hissəsində yer alan Almaniya komandasıdır.



Report

Şərhlər
İdman bölməsinin xəbərləri