"Qarabağ" və "Qəbələ" qələbə qazandılar

Azərbaycan Premyer Liqasının VIII turun oyunları davam edir.

Trend-in məlumatına görə, ikinci oyun günündə iki görüş keçirilib.

“Qarabağ” öz meydanında “Zirə”ni qəbul edib. Qonaqlar Premyer Liqanın debütantı olsa da, Ağdam təmsilçisi kimi onlar da cari mövsüm məğlub olmamışdı. Lakin son çempion “Zirə”nin bu uğurlu seriyasın son qoyub. Oyun “Qarabağ”ın böyükhesablı qələbəsi ilə başa çatıb – 4:1.

Qollar: Samuel Armenteros, 4 (1:0), 15 (2:0), Riçard Almeyda, 25 (3:0), İqor İvanoviç, 34 (3:1), Riçard Almeyda, 83-pen. (4:1)

Digər görüşdə “Neftçi” “Qəbələ”ni qəbul edib. Qonaqlar Avropa Liqasının qrup mərhələsində Dortmund “Borussiya”sı ilə oyun öncəsi qələbə qazanmağa çalışıb ki, buna da nail olub. Aleksey Antonovun 90-cı dəqiqədə vurduğu qol "Qəbələ"yə minimal hesablı qələbə qazandırıb.

Qol: Aleksey Antonov, 90 (0:1)

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 8-ci tura bazar günü keçiriləcək iki oyunla yekun vurulacaq.
Şərhlər
İdman bölməsinin xəbərləri