AVRO-2016: Final mərhələsinə yüksələn komandaların sayı 18-ə çatıb

AVRO-2016-nın seçmə mərhələsində X turun ikinci günündən sonra final mərhələsinə vəsiqə qazanan yığmaların sayı 18-ə çatıb. Meydan sahibi kimi həlledici qarşılaşmalara qatılacaq Fransaya hələlik 17 komanda qoşulub.

Dünənki qarşılaşmalardan sonra Rusiya və Slovakiya da final mərhələsinə adlayıb. Seçmə mərhələdə uğur qazanan 17 komandadan 6-sı – İngiltərə, Avstriya, Şimali İrlandiya, Portuqaliya, İspaniya və Almaniya qrup qalibi adını qazanıb. 6 yığma - İsveçrə, Rumıniya, Albaniya, Polşa, Rusiya və Slovakiya isə 2-ci yeri tutublar. Digər 5 komandanın (İslandiya, Çexiya, Belçika, Uels, İtaliya) ilk iki yerdən hansını tutacağına bu gün aydınlıq gələcək.

Həmçinin 6 komanda 3-cü yeri təmin edib. Belə ki, Ukrayna, İrlandiya, Sloveniya, Macarıstan, İsveç və Danimarka pley-offa vəsiqə qazanıb. Lakin hazırda üçüncülər arasında ən yaxşı nəticəyə malik olan Macarıstan birbaşa vəsiqə də əldə edə bilər.

Final mərhələsinə vəsiqə qazanan yığmalar:

Fransa (meydan sahibi)
İngiltərə
Çexiya
İslandiya
Avstriya
Şimali İrlandiya
Portuqaliya
İspaniya
İsveçrə
İtaliya
Belçika
Uels
Rumıniya
Albaniya
Almaniya
Polşa
Rusiya
Slovakiya
Şərhlər
İdman bölməsinin xəbərləri