AVRO-2016-nın seçmə mərhələsində növbəti 9 qarşılaşma keçirilib

Bu gün AVRO-2016-nın seçmə mərhələsində növbəti 9 qarşılaşma keçirilib.

APA-nın məlumatına görə, C, E və G qruplarında IX turun qarşılaşmaları baş tutub.

C qrupunda final mərhələsinə hər iki vəsiqənin sahibi müəyyənləşə bilərdi. Bunun üçün həm İspaniya, həm də Slovakiyaya cəmi 1 xal lazım idi. Ukraynanın büdrəməsi də cütlüyün Fransa biletini təmin etməsi ilə nəticələnəcəkdi. Ancaq təkcə İspaniya vəzifənin öhdəsindən gələ bilib. Slovakiyanın xal itirməsi, Ukraynanın isə qələbə qazanması həyəcanın son tura daşınmasına səbəb olub.

G qrupunun qalibi müəyyənləşdiyindən 2-ci vəsiqə və pley-offa çıxmaq iddiasında olan 3 komanda mübarizə aparır. Rusiya və İsveç qalib gələrək ikincilik uğrunda mübarizəni son oyunlarında davam etdirəcəklər.

İngiltərənin 1-ci yeri təmin etdiyi E qrupunda isə 4 iddiaçı Fransa arzusunu reallaşdırmaq üçün meydana çıxıb. Son tur öncəsi San Marinonu darmadağın edən İsveçrə və 1 xal qazanmış Sloveniya daha şanslı görünür.

AVRO-2016-nin seçmə mərhələsi

C qrupu
Makedoniya - Ukrayna - 0:2
Slovakiya - Belarus - 0:1
İspaniya - Lüksemburq - 4:0


E qrupu
İngiltərə - Estoniya - 2:0
Sloveniya - Litva - 1:1
İsveçrə - San-Marino - 7:0


G qrupu
Lixtenşteyn - İsveç - 0:2
Moldova - Rusiya - 1:2
Monteneqro - Avstriya - 2:3
Şərhlər
İdman bölməsinin xəbərləri