Mişel Platini Azərbaycan - İtaliya oyununu izləyəcək

UEFA-nın prezidenti, FIFA prezidenti vəzifəsinə namizəd Mişel Platini AFFA-nın dəvəti ilə bu ilin oktyabr ayında ölkəmizə səfər edəcək.

Trend AFFA-ya istinadən məlumat verir ki, səfər çərçivəsində UEFA prezidenti Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa olunmuş Azərbaycan milli komandalarının təlim-məşq bazasının açılışında iştirak edəcək və Avro-2016-nın seçmə mərhələsində oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İtaliya oyununu izləyəcək.

Xatırladaq ki, UEFA prezidenti Azərbaycan milli komandalarının təlim-məşq bazasının 2013-cü il sentyabrın 21-də keçirilmiş təməlqoyma mərasimində iştirak edib.
Şərhlər
İdman bölməsinin xəbərləri