Azərbaycan millisi məğlubiyyətsizlik seriyasını davam etdirir

Bu gün "Avro-2016"-nın seçmə mərhələsində 8-ci turun oyunlarına keçirilir.

Trend-in məlumatına görə, Azərbaycan yığma komandası səfərdə Maltanın qonağı olub. Bakıdakı görüşdə rəqibinə 2:0 hesabı ilə qalib gələn Robert Prosineçkinin komandası, səfərdə rəqiblə 2:2 hesabı ilə heç-heçə oynayıb.

Qollar: Rahid Əmirquliyev, 37 (0:1), Mifsud, 55 (1:1), Efyonq, 71 (2:1), Rahid Əmirquliyev, 80 (2:2)

Qeyd edək ki, Azərbaycan millisi "Avro-2016"-nın seçmə mərhələsi çərçivəsində son 4 oyunda məğlub olmayıb.
Şərhlər
İdman bölməsinin xəbərləri