Avro-2016 seçmə mərhələsi : Azərbaycan millisi beşinci xalını aktivinə yazdırıb

Futbol üzrə 2016-cı ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də Azərbaycan milli komandası ilk oyunda Xorvatiya millisi ilə qarşılaşıb.

Görüşdə hesab açılmayıb və Azərbaycan millisi beşinci xalını aktivinə yazdırıb.


Avro-2016-nın seçmə mərhələsi çərçivəsində VII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası da növbəti oyununa çıxıb.

Robert Prosineçkinin yetirmələri öz meydanında baş məşqçinin həmyerliləri ilə, yəni Xorvatiya yığması ilə qarşılaşıb.

Xorvat mütəxəssisin millimizə baş məşqçi təyin olunmasından sonra keçirdiyi 2 rəsmi oyunda da yenilməyən komandamız bu dəfə daha çətin sınaq qarşısında idi.

Osiyekdəki oyunda Xorvatiya millisi yığma komandamız üzərində 6:0 hesablı qələbə qazanmışdı. Ancaq bu dəfə milli komandamız güclü rəqibinə qarşı layiqli müqavimət göstərə bildi.

Rəqibin aramsız hücumlarını səliqəli şəkildə qarşılayan və inamla müdafiə olunan Prosineçkinin yetirmələri yekunda qolsuz bərabərliyə nail ola bildilər.


3 sentyabr

Azərbaycan – Xorvatiya - 0:0
“Bakcell Arena”. Hakimlər: Rudi Buket, Gillom Debar, Kiril Qrinqor, Filipp Jann
Şərhlər
İdman bölməsinin xəbərləri