Topaz Premyer Liqası I tur: “Qəbələ” – “Qarabağ” - 2:2

Bu gün Topaz Premyer Liqasında ilk turun daha iki qarşılaşması keçirilib. APA-nın məlumatına görə, qarşılaşmalardan biri Bakıda, digəri isə Qəbələdə baş tutub.

Premyer Liqaya yenidən dönən “Rəvan” ilk turda “Sumqayıt”ı qəbul edib. "Kimyaçılar" matçın ilk yarısında azlıqda qalmalarına baxmayaraq əzmkarlıq göstərərək oyunu bərabərliklə bitirməyə nail olublar.

Turun mərkəzi görüşü Qəbələdə oynanılıb. Hazırda Avrokubokda yoluna davam edən iki komanda - “Qəbələ” ilə “Qarabağ” üz-üzə gəlib. Olduqca maraqlı və gərgin keçən qarşılaşmada 4 qol olsa da qalib müəyyənləşməyib. Tərəflər hərəyə iki dəfə fərqlənərək ilk turun mərkəzi qarşılaşmasından qollu heç-heçə ilə ayrılıblar.

Matçın gedişində hesabda irəli olan və oyunçu sayında da rəqibini üstələyən ağdamlılar sona 5 dəqiqə qalmış Samir Zərgərovun qoluna əngəl ola bilməyərək Qəbələdən bir xalla qayıtmağa məcbur olublar.

Topaz Premyer Liqası
I tur


10 avqust


“Rəvan” – “Sumqayıt” - 0:0

Qırmızı vərəqə: Ağabala Ramazanov, 39
“Bayıl Arena”

“Qəbələ” – “Qarabağ” - 2:2

Qollar: Zenyov, 35, Samir Zərgərov, 86 - Almeyda, 66 (pen.), 83
Qırmızı vərəqə: Rəşad Sadiqov, 74
Qəbələ şəhər stadionu
Şərhlər
İdman bölməsinin xəbərləri