Sayqa gənc müğənni ilə iş birliyinə başlayıb

Sayqa gənc müğənni ilə iş birliyinə başlayıb Sayqa yenidən prodüsserlik edəcək.


Sayqa Cahid gənc istedadla işbirliyi qurub. Prodüsserin yeni seçimi çoxlarının "Azəristar 2008" mahnı müsabiqəsindən tanıdığı Yaqut Nərimandır.


Qeyd edək ki, Yaqut Nəriman müsabiqədə ifası ilə yanaşı qeyri-adi xarici görünüşü, xüsusilə yaşıl gözləri ilə həm münsiflərin, həm də tamaşaçıların diqqətini çəkib, sevimlisinə çevrilmişdi. Müğənni müsabiqənin 5-cisi olduqdan sonra solo karyerasını bir müddət davam etdirdikdən sonra qısa fasilə verdi. Bu da ailə həyatı qurması ilə əlaqədar idi.


Sayqa Cahidin məhz Yaqutla işbirliyi qurması ona olan inamından irəli gəlib. Prodüsser Yaqutla işbirliyinin uğurlu olacağına əmindir. Hazırda bir nekə layihə üzərində çalışırlar. Layihədən kənar isə ilk işləri Yaqutun ifasında “Yar-yar” adlı xalq mahnısını dinləyicilərə təqdim etməkdir. Yaxınlarda hazır olacaq mahnıya klip də çəkiləcək. Sayqa xalq artisti Aygün Kazımovayla iş birliyi olub.


Xatırladaq ki, life.az portalı uzun illər Azeri Star musiqi konkursunun uzun illər informasiya dəstəyi olub.


Sayqa gənc müğənni ilə iş birliyinə başlayıb
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri