Elnur Moskvanı fəth etdi

Elnur Moskvanı fəth etdi Son bir necə həftə Elnur üçün çox dolğun keçdi – promotur çərçivəsində o, daha çox ölkələrə səfər etmək və “Eurovision 2015” qabağı öz pərəstişkarları ilə görüşmək üçün daim yollarda oldu. İndi növbə Moskvaya çatdı. Aprelin 24-də Azərbaycanlı ifaçı Rusiyanın paytaxtına gəldi.

Moskvada Elnurun günü «Music Box» efirində müsahibə və «Hour of the Wolf» müsabiqə mahnısının klipinin təqdimatı ilə başladı. Sonra o, hər il keçirilən “Eurovision” öncəsi qala-konsertə həsr olunan mətbuat konfransında iştirak etdi. Bu il konsert «Place de Paris Korston» zalında keçdi.

Moskva konsertinə 10-dan artıq ölkənin təmsilçisi qatılmışdı, o cümlədən Rusiyalı ifaçı Polina Qaqarina və ötən illərin müsabiqə iştirakçıları.

Konsert zamanı Elnur «Hour of the Wolf» mahnısını ifa etdi və zaldakı tamaşaçıları tamamilə ələ aldı. Çıxışdan sonra müğənni əyləncəli gecəyə getdi və burada müsabiqə həmkarları ilə tanış oldu.

Elnur Hüseynov mayın 21-də “Eurovision-2015” mahnı müsabiqəsinin ikinci yarımfinalında 11 nömrə altında «Hour of the Wolf» mahnısını təqdim edərək Azərbaycanı təmsil edəcək.


Elnur Moskvanı fəth etdi
Elnur Moskvanı fəth etdi
Elnur Moskvanı fəth etdi
Elnur Moskvanı fəth etdi
Elnur Moskvanı fəth etdi
Elnur Moskvanı fəth etdi
Elnur Moskvanı fəth etdi
Elnur Moskvanı fəth etdi
Elnur Moskvanı fəth etdi
Elnur Moskvanı fəth etdi
Elnur Moskvanı fəth etdi
Elnur Moskvanı fəth etdi
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri