Tanınmış qiraətçi Xəzər Süleymanlının konserti keçirilib






5 mart tanınmış bədii qiraət ustası Xəzər Süleymanlının 8 mart Beynəlxalq Qadınlar Gününə həsr etdiyi “Sənin üçün” musiqili poeziya gecəsi baş tutdu. Ölkədə ilk dəfə unikal musiqili ədəbi-bədii gecə formatında keçirilən tədbirdə sevilən şairlərin məşhur şeirlərini “Avanqard” orkestri müşayiət etdi.

Tədbirin quruluşçu rejissoru Əməkdar artist Bəhruz Vaqifoğlu, ssenari müəllifi isə Pərviz Seyidlidir. 

Heydər Əliyev sarayında baş tutan tədbirdə Xəzər Süleymanlının ifasında sevilən şeirlər səsləndirib. 

Gecədə müğənnilər Zabitə Əliyeva, Vüsal Hacıyev, Cavidan Fatihi və Çinarə Məlikzadə də çıxış edib.

Bundan başqa fəxri qonaq qismində Xalq şairi Ramiz Rövşən və yazıçı İlqar Fəhmi yer alıb.

 


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri