Türkiyənin məşhur müğənnisi Çelik Bakıda konsert proqramı ilə çıxış edib


Türkiyənin məşhur müğənnisi Çelik 5 may Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib.  Konsert TMB Media” təşkilatçılığı ilə baş tutub.


Qeyd edək ki , Çelik 4 may tarixində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında canlı konsert proqramı ilə çıxış edib və böyük rəğbətlə qarşılanıb.


Iyirmidən çox albom müəllifi olan və ifaları ilə milyonların qəlbini fəth edən müğənni öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısında çıxış edib.


"Bu axşam ən yaxşı mahnılarımı sizin üçün oxuyacam. Konsertə gəldiyiniz üçün təşəkkür edirəm. Ölkənizi çox sevirəm və burada özümü evdəki kimi hiss edirəm", məşhur müğənni pərəstişkarlarını salamlayıb.


Konsertdə Çelik çox məşhur mahnılarını ( “Sevenler anlar”, “Hercai”, “Meyhaneci”, “Nazına ölüyorum” və s.) səsləndirib.


İfaçı həmçinin  Rəşid Behbudovun "Ayrılıq" mahnısınıda ifa edib. 


Konsert proqramı gurultulu alqışlarla qarşılanıb.




Şərhlər
Şou-biznes bölməsinin xəbərləri