Günay xalq artistinin "Ya məndə" mahnısını ifa etmək fikrinə düşüb

Fevral ayının 14-ü baş tutacaq konsert proqramına hazırlaşan məşhur müğənni Günay İbrahimli daha bir cəsarətli bir addım atıb.


Ifaçı azərbaycanın korifey sənətkarı Zeynəb Xanlarovanın repertuarına müraciət edib. Günay xalq artistinin "Ya məndə" mahnısını yeni oranjiman etdirərək ifa etmək fikrinə düşüb.


Zeynəb xanım tərəfindən illər öncə sevilən mahnını ötən günlərdə Samir Şirinov yeni oranjiman edib və Günay öz ifasında səsləndirib. Müğənni oxuduğu zaman çəkilən video görüntünü "İnstagram" səhifəsində paylaşıb, həmin görüntü bir neçə saat ərzində yüzlərlə insan tərəfindən bəyənilib.
Fikirlərini bizimlə bölüşən G.İbrahimli: "Zeynəb Xanlarovanı uşaqlıq vaxtlarımdan dinləyirdim və sevirəm. Dahi sənətkarın demək olar ki, bütün mahnıları xoşuma gəlir, amma nədənsə ilk olaraq bu mahnısını oxumaq istədim. Bu cür gözəl insanın repertuarından mahnı səsləndirmək mənim üçün şərəfdir"-deyib.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri