Bakıda Mahsum Kırmızıgülün "Möcüzə" filminin təqdimatı keçirilib

“28 Cinema”da Türkiyənin məşhur müğənnisi və rejissoru Mahsun Kırmızıgülün “Möcüzə” filminin təqdimatı keçirilib.

APA-nın məlumatına görə, mərasimdə iştirak edən rejissor bildirib ki, filmin mövzusu real həyatdan götürülüb: “Sevinirəm ki, Türkiyədə bu film məşhurlaşıb. Eşitdiyimə görə Azərbaycanda da filmə maraq var. Bu, əlbəttə, məni sevindirir”.

M. Kırmızıgül bildirib ki, Azərbaycanın xeyriyyəçisi və mesenatı Hacı Zeynalabdin Tağıyevin həyatından film çəkmək istəyir: “Onun həyat hekayəsi məni çox maraqlandırır. İstərdim onun həyatından film çəkim. Amma çəksəm, mükəmməl iş olmalıdır”.

Mətbuat konfransından sonra filmin təqdimat mərasimi baş tutub.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri