"Neftçi"nin yeni baş məşqçisi məlum oldu

Ötən gün Böyükağa Hacıyevlə yolları ayıran "Neftçi" klubunun yeni baş məşqçisinin adı açıqlanıb.

Bu barədə Trend-ə klubun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

O, bildirib ki, komandanı Arif Əsədov çalışdıracaq.

Klubun rəsmi saytı yeni baş məşqçinin təyinatını bir qədər sonra elan edəcək.

Xatırladaq ki, Əsədov "Neftçi"ni 2010/2011 mövsümündə ölkə çempionu edib.
Şərhlər
İdman bölməsinin xəbərləri