AFFA "Qarabağ" azarkeşlərini sevindirdi

AFFA "Qarabağ" azarkeşlərinə bilet alıb.

Trend qurumun saytına istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 6-da Zaltsburq şəhərindəki eyniadlı stadionda keçiriləcək "Zaltsburq" - "Qarabağ" oyununda təmsilçimizi dəstəkləmək istəyən azarkeşlər üçün AFFA tərəfindən 500 ədəd bilet alınıb.

Biletləri əldə etmək istəyən azarkeşlər respublikamızın Avstriyadakı səfirliyinə və SOCAR-ın bu ölkədəki nümayəndəliyinə müraciət edə bilər.
Şərhlər
İdman bölməsinin xəbərləri