Hollandiyanın qapıçısı karyerası boyu penalti qaytara bilməyib

Hollandiya yığmasının və Amsterdamın "Ayaks" klubunun əsas qapıçısı Yasper Silessen karyerası boyu heç bir penalti zərbəsini dəf edə bilməyib.

Trend xəbər verir ki, Y.Silessenin qapısına təyin edilmiş 17 penaltinin (8 penalti Hollandiya çempionatında, 3 penalti ÇL-də, 6 penalti isə yığmanın oyununda) hamısı qolla nəticələnib.

Xatırladaq ki, qapıçı dünya çempionatı çərçivəsində Argentina ilə yarımfinal oyununda 4 penalti zərbəsinin heç birini zərərsizləşdirə bilməyib.
Şərhlər
İdman bölməsinin xəbərləri