“Qalatasaray”ın yeni baş məşqçisi bəlli olub

Türkiyənin “Qalatasaray” futbol komandasının yeni baş məşqçisi bəlli olub. APA-nın xəbərinə görə, bu vəzifəyə İtaliya milli komandasının baş məşqçiliyindən istefa verən Çezare Prandellinin (Cesare Prandelli) təyin olunacağı dəqiqləşib.

“Qalatasaray”ın rəsmi saytında Ç. Prandelli ilə danışıqlara başlandığı rəsmən elan olunub. İtaliya və Türkiyə mediası artıq tərəflər arasında anlaşmanın əldə olunduğunu və hazırda kiçik detalların müzakirə edildiyini xəbər verib.

Xatırladaq ki, ötən mövsüm “Qalatasaray”ın baş məşqçisi başqa bir italiyalı mütəxəssis – Roberto Mançini idi. O, yeni mövsüm üçün klubun yüksək transfer büdcəsi ayıra bilməyəcəyini öyrəndikdən sonra istefa verib.
Şərhlər
İdman bölməsinin xəbərləri