Azərbaycanlı iştirakçı: Azərbaycan növbəti dəfə “Eurovision”da layiqincə çıxış etdi

Farid Mammadov Bakida Azərbaycan "Eurovision" mahnı müsabiqəsində yenidən layiqincə çıxış etdi və uğura nail oldu. Bu barədə jurnalistlərə açıqlamasında azərbaycanlı iştirakçı Fərid Məmmədov bildirib.

O, bu gün gənclərin müşayiəti ilə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.

İsveçin Malmö şəhərində keçirilən yarışda ikinci yeri tutan Fərid Məmmədov göstərdiyi dəstəyə görə bütün Azərbaycan xalqına öz minnətdarlığını bildirib.

Onun sözlərinə görə o, yeni layihələr, konsertlər planlaşdırır. Həmçinin xarici şirkətlərdən əməkdaşlıq barədə təkliflər də gəlib:

"Mən "Eurovision"u yenidən Bakıya gətirməyi çox istəyirdim və inanıram ki, ən yaxın vaxtda bu gerçəkləşəcək. Çünki Azərbaycan bütün çıxışlar boyu yaxşıların arasındadır".

Onun sözlərinə görə, o, "Eurovision" səhnəsində ən yaxşı çıxış göstərməyə çalışdı və Azərbaycanın çıxışı yüksək qiymətləndirilib:

"Malmödə heç bir problem yaşanmadı, hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Sevindirici haldır ki, bizim səylərimiz boşa getmədi. Çox çətin idi, lakin biz uğur əldə etmək üçün çox çalışdıq. İnanıram ki, gələcəkdə biz yenidən birinci olacayıq".

Media və ictimaiyyət tərəfindən soyuq qarşılanması barədə xəbərlərə aydınlıq gətirən iştirakçı bunun həqiqətə uyğun olmadığını bildirib: “Mən səhər tezdən ölkəyə gəldiyim üçün heç kimə xəbər verilməsini və heç kimi narahat etmək istəmədim. Təəssüflər olsun ki, bu məsələ bu cür işıqlandırılıb. Əksinə, mən qarşılanmadan da, münasibətdən də çox razıyam”.

“Eurovision 2013” mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Hüsniyyə Məhərrəmova da Fərid Məmmədovun dediklərini təsdiqləyib: “Bu günə kimi Azərbaycandan olan ifaçılar arasında ən təvazökarı olan Fərid özü mətbuat nümayəndələrinin dəvət olunmasını istəmədi və təbii ki, biz onun fikrinə hörmətlə yanaşdıq”.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri