"Toppuş bacı"nın toyundan təzə xəbər var

Hamının "Toppuş bacı" kimi tanıdığı əməkdar artist Tünzalə Əliyevanın toyunun tarixi bəlli oldu. ANS-in verdiyi məlumata görə, aktrisanın toy mərasimi iyunun 3-də paytaxtın şadlıq saraylarının birində baş tutacaq. Toydan sonra cütlük hazırda "Toppuş bacı"nın Ramanıda tikdirdiyi gözəl evdə yaşayacaq.


Qeyd edək ki, Tünzalə xanım uzun illərdir ki, ona pərəstişkarlıq edən 26 yaşlı fanatı Röyal ilə ailə həyatı qurmağa hazırlaşır. Tünzalə Əliyeva uzun müddətdir ki, qəlbində ona qarşı səmimi hisslər olan bu gənc oğlanın evlilik təklifinə yaşının az olduğu üçün müsbət cavab vermirmiş. Amma ötən ay aktrisa evlilik təklifini qəbul edib və onlar nişanlanıblar. Nişan mərasimindən bir neçə gün sonra cütlüyün Facebook-da birgə fotosu yayılmışdı.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri