Filipp Kirkorov "Eurovision"da azərbaycanlı iştirakçını dəstəkləyəcək

Bir necə saat öncə xəbər yayılıb ki, Rusiya estradasının ulduzu Filipp Kirkorov "Eurovision-2013" mahnı müsabiqəsində Azərbaycan təmsilçisi Fərid Məmmədovun mahnısının məşqində iştirak edib.

Rus saytlarından birinin yaydığı xəbərə görə, F. Kirkorov Azərbaycan komandası üçün öz kollektivinin ən yaxşı rəqqası-Aleksandr Kuzmenkonu təqdim edib. O, Fəridin musiqi nömrəsinin ulduzu olacaq.

Fərid Məmmədov "Eurovision 2013" mahnı müsabiqəsində ayaqüstə şüşəli kubun içində oxuyacaq. Tamaşaçılar isə onun "kölgəsini" rəqs edən Kuzmenko ilə görəcəklər.

Aleksandr Kuzmenko 2008-ci ildə Ukayna təmsilçisi Ani Lorakın komandası ilə birgə çıxış etmişdi. Həmin vaxt onlar müsabiqədə 2-ci yerə çıxmışdılar. Fərid Məmmədovun "Hold me" mahnısının rejissoru xoreoqrafı yunanıstanlı Fokas Yevanqelinos olacaq. O, Filipp Kirkorovun yaxın dostudur və dəfələrlə müxtəlif ölkələrin komandalarını müsabiqələrdə yüksək yerlər əldə etməsinə gətirib çıxarıb.

Dima Bilanın "Eurovision"da qalib edən çıxışını - royaldan rəqs edən balerinanın çıxması da məhz onun ideyası olub.


Bu xəbərdən sonra Euromedia şirkəti xəbər yayıb ki Filipp Kirkorov heç bir məşqdə iştirak etməyib və Fəridin hazırlıqlarında heç bir rolu yoxdur.


Qeyd edək ki, Euromedia şirkəti təmsilşimiz Fərid Məmmədovu səhnə görünüşü ilə məşğul olan şirkətdir.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri