Emin Ağalarov: Mənim qızıl Lamborghinim yoxdur

Emin Ağalarov: Mənim qızıl Lamborghinim yoxdur Bu günlərdə yerli mətbuatda müğənni Emin Ağalarovun qızıl Lamborghini alması barədə informasiya yayıldı.


Məlumatın yayılmasına İnstagram-da Eminin adından yerləşdirilmiş fotoşəkil səbəb olmuşdu.


Belə ki, Emin Ağalarovun adından yerləşdirilmiş həmin fotoşəkildə qızılı rəngli Lamborghini markalı avtomobilin altından yazılmışdı: “My new car lamborghini gold” (“Mənim yeni qızıl Lamborghini-m).


Öz növbəsində, Emin bu xəbəri öz rəsmi səhifəsində şərh edib. Müğənninin qızıl Lamborghini alması barədə məlumat yalanndır və bu xəbəri yayan profaylın ona heç bir aidiyatı yoxdur.


Onu da qeyd edək ki, bu günlərdə Rusiya radioefirində Eminin yeni kompozisiyası – “Amor” sinqlinin rusdilli versiyasının təqdimatı keçirilib.


Emin Ağalarov: Mənim qızıl Lamborghinim yoxdur
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Dua Lipa Londonda evlənib

  • 01 июн, 12:59