Bakıdakı qəzada gənc müğənni həyatını itirib



Ötən gecə paytaxtın Səbail rayonunda müğənni Vlada Axundovanın öldüyü yol qəzasının təfərrüatları məlum olub.


LIVE.az Qafqazinfo-ya istinadən  verdiyi məlumata görə, hadisə vaxtı V.Axundova piyada deyil, yol kənarında dayanmış avtomobilin içərisində imiş.


Belə ki, saat 21 radələrində Yeni Salyan Yolu 20-nin qarşısında (Dövlət Bayrağı Meydanının yanı) Salyan rayon sakini 2002-ci il təvəllüdlü Seyfulla Yusif oğlu Mehdizadə idarə etdiyi “Hyundai Elantra” markalı 77-SJ-148 dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarında dayanmış və Sadiq İsaqova məxsus “Toyota” markalı 01-CH-477 nömrəli avtomobili arxadan vurub.


Nəticədə S.İsaqovun maşınında olan paytaxt sakini 1988-ci il təvəllüdlü Vlada Vladislavovna Axundova hadisə yerində ölüb. S.Mehdizadənin sərnişini olan 1997-ci il təvəllüdlü Bahar Məcidova isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.


Faktla bağlı araşdırmalar davam etdirilir.



///


Ötən gün Dövlət Bayrağı Meydanı yaxınlığında baş vermiş qəzada həyatını itirən qadının tanınmış müğənni Vlada Axundova olduğu müəyyənləşib.


“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, faciəvi şəkildə ölən 37 yaşlı Vlada bir sıra musiqi müsabiqələrində, eləcə də “Səs Azərbaycan” yarışmasında iştirak edibmiş.


Qeyd edək ki, faktla bağlı Səbail RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.


///


Araşdırmalarla müəyyən edilib ki, Səbaildəki hadisə saat 21 radələrində Yeni Salyan Yolu 20-nin qarşısında (Dövlət Bayrağı Meydanının yanı) baş verib. Salyan rayon sakini 2002-ci il təvəllüdlü Seyfulla Yusif oğlu Mehdizadə idarə etdiyi “Hyundai Elantra” markalı 77-SJ-148 dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarında dayanmış və Sadiq İsaqova məxsus “Toyota” markalı 01-CH-477 nömrəli avtomobili arxadan vurub. Nəticədə S.İsaqovun maşınında olan paytaxt sakini 1988-ci il təvəllüdlü Vlada Vladislavovna Axundova hadisə yerində ölüb. S.Mehdizadənin sərnişini olan 1997-ci il təvəllüdlü Bahar Məcidova isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.



Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Dua Lipa Londonda evlənib

  • 01 июн, 12:59
Hadisə bölməsinin xəbərləri