Bakıda 8 Mart World Women’ s Festival baş tutacaq



8 Mart 2024- cü il tarixində Quality Event şirkətinin təşkilatçılığı ilə Qadınlar gününə özəl, Azərbaycanda ilk dəfə “World Women’s Festival” keçiriləcək.

Festival Azərbaycanın ən böyük konsert zalı olan, Avroviziya mahnı müsabiqəsinin keçirildiyi “Bakı Kristal Zalı” da baş tutacaq.

Festivalda Azərbaycanın ən tanınmış ulduzları, hər kəsin sevimlisi Aygün Kazımova, Röya Ayxan, Miri Yusif, Tünzalə Ağayeva, Namiq Qaraçuxurlu, Hiss, Miro, Madteen&Ressam və Elvin babayev ekskluziv ifaları ilə qonaqların qarşısında olacaq.

Gecə boyu möhtəşəm şoular, rəqs göstəriləri, işıq şouları və digər sürprizlər qonaqları gözləyir.

Gecənin aparıcısı isə hər kəsin sevimlisi Samir Bayramlıdır.

Təşkilatçı şirkət olan "Quality Event" dən alınan məlumata görə, belə bir festival Azərbaycanda ilk dəfə təşkil olunacaq. Azərbaycanın əsas ifaçılarının çıxıç edəcəyi festivalda yalnız müğənnilərin çıxışı deyil, işıq və səhnə dekoru xüsusi olaraq hazırlanacaq. 

Bundan başqa təşkilatçı şirkət "Quality Event" xanımlarımıza özəl günlərində özəl hədiyyə etməyi qərara alıb.

Bu səbəbdən də elektromobil qazanmaq şansı yaradıb.

Elektromobili qazanmaq üçün heç bir əlavə şərt irəli sürülməyib. 

Sadəcə olaraq bilet alıb festivalda iştirak etmək kifayətdir.

Xatırladaq ki, elektromobil "Quality Event" və MG "Motors Azərbaycan" tərəfindən hədiyyə olaraq təqdim ediləcək.

18:00- dan etibarən  “Bakı Kristal Zalı”nın qapıları açılacaq və möhtəşəm gecə 01:00-ə  qədər davam edəcək.

Biletləri  şəhərin bütün kassalarından, İtickets.az saytından əldə etmək olar. Daha ətraflı məlumat:   İnstagram.com/@qualityevent.baku/






Şərhlər
Şou-biznes bölməsinin xəbərləri