Mark Eliyahu Bakıda konsert proqramı ilə çıxış edib


Dağıstan əsilli kamança və bağlama ustası, Mark Eliyahu 11 Fevral tarixində Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib. 


LIVE.az xəbər verir ki, Eliyahu dünya turu çərçivəsində ilk konsertini Bakıda verib.


Mark Eliyahu 1982-ci ildə Dağıstanda məşhur musiqişünas və musiqiçi Perets Eliyahunun ailəsində dünyaya göz açıb. Sonra ailəsi İsrailə köçüb. 


Musiqiçi müxtəlif  ölkələrdə bir çox musiqi və rəqs layihələrində iştirak edib. Onun “Voices of Judea” (“İudeyanın səsləri”) solo albomu musiqi tənqidçiləri tərəfindən yüksək qiymətləndirilib.


Mark Eliyahu təkcə musiqiçi deyil, o həm də multikulturalizmin və sülhün nümayəndəsidir. İfası ilə o, coğrafi sərhədləri, dil maneələrini və dini fərqləri aşaraq, dünyaya nikbin mesajlar çatdırır. Sevginin universal dili olan musiqi vasitəsilə Mark Eliyahu musiqisevərlərin ürəyinə yol tapır.


İfaçını Azərbaycanla çox şey bağlayır.


Gənclik vaxtlarında əfsanəvi kamança ustadı Habil Əliyevin ifasından ruhlanan Mark bu musiqi alətini dərindən öyrənməyə qərar verir. On altı yaşında o, Azərbaycana gəlir və Əməkdar artist Ədalət Vəzirovun rəhbərliyi ilə kamançada ifa sənətinə yiyələnməyə başlayır. Bakıda iki il qaldıqdan sonra İsrailə qayıdıb, Qərb və Şərq musiqisini daha dərindən öyrənir.


Bakı konsertində o səhnəni məşhur oğluyla bölüşüb.


Mark Eliyahu virtuoz ifası ilə xüsusi ab-hava yaradaraq azərbaycan tamaşaçılarına gözəl canlı musiqilər bəxş edib. Səhnədə məşhur sənətçini musiqiçiləri , həmçinin onun atası müşayiət edib.


Gecənin qonağı, Əməkdar artist Bəyimxanım Vəliyeva Məhəmməd Hüseyn Şəhriyarın “Ulduz sayaraq” şeirinə yazılmış mahnını səsləndirdi. İki məhşur ifaçının yeni mahnısının premyerasıda baş tutdu.


Konsert anşlaqla keçib və hamının zövgünə oxşayıb.


Konsertin təşkilatçısı Event Office.






Şərhlər
Şou-biznes bölməsinin xəbərləri