Məşhur Türkiyəli müğənni Aslı Güngör Bakıda konsert proqramı ilə çıxış edəcək




Məşhur Türkiyəli müğənni Aslı Güngör Bakıya gələcək. 


Ulduz ifaçı 14 fevralda Heydər Əliyev sarayında sevənlərinə sevgi dolu anlar yaşadacaq.


"Anadolu Events"-in təşkilatçılığı ilə “Sevgililər günü” münasibətilə təşkil olunan konsertdə ulduz ifaçı "Aşk Her Şeye Değer", "Kalp-Kalbe karşı", "Son Öpücük" kimi unudulmaz eşq mahnılarını səsləndirəcək.


Biletləri onlayn İticket.az saytından əldə edə bilərsiniz.




Şərhlər
Şou-biznes bölməsinin xəbərləri