Xumar Qədimova yeni mahnısını və klipini təqdim etdi


Əməkdar artist Xumar Qədimova sözləri Ramiz Rövşənə, musiqisi özünə aid olan “Yavaş-yavaş sevdim səni” adlı mahnısını və klipini təqdim edib. 


LİVE.az xəbər verir ki, mahnı ilk dinləmədən heyrət yaradır - musiqi, söz, ritm, ifa tandemi mükəmməlliyi ilə Xumar Qədimova özəlliyini qoruyub.


Eyni zamanda nəğmədə dinləyicini ovsunlayan şeyxin özünəməxsus səsi yer alıb. Sənətçi onun kimliyini hələ ki, gizli saxlayır.


Klipin ideya müəllifi X.Qədimovanın özüdür.


Əməkdar artist yaxınlarını ətrafına toplayıb, kamp təşkil edilib və həmin anlar lentə alınıb.


Klipi izləmək üçün linkə keçid edə bilərsiniz.



Şərhlər
Şou-biznes bölməsinin xəbərləri