Rafet El Roman Bakıda konsert proqramı ilə çıxış edib



12, 13 və 14 fevral özünəməxsus ifaları ilə milyonların qəlbini fəth edən türk pop musiqisinin məşhur ifaçısı Rafet El Roman Bakıda  Heydər Əliyev sarayında konsert proqramı ilə çıxış edib.



Tanınmış müğənninin canlı ifaları,rəqs perfomansları , işıq, səs effektləri və musiqiçilərin peşəkar müşayiəti konsertə gələnlərə əsl musiqi bayramı yaşatdı. Tamaşaçılar demək olar ki, bütün mahnıları sevilən müğənni ilə birgə ifa etdilər.


Səhnədən Azərbaycan xalqını salamlayan müğənni Bakıda olmaqdan məmnunluq hissi keçirdiyini dedi:

"Azərbaycanı və Bakını çox sevirəm. Bura tez- tez gəlirəm, həm konsert proqramları ilə, həm gəzmək ücün".


İki saatdan çox davam edən konsertdə sənətçi köhnə və yeni mahnılarını ifa edib. Onların arasında -"Yalançı şahidim", "Senden sonra",  "Bana sen lazımsın", "Ömrümün sahibi", “Beni aff edermisin”," Gönül yarası", "Seni seviyorum" və s. Konsertdə yeni "Yarim, yarim" mahnının 

 premyerasıda baş tutdu. Sevilən müğənni Azərbaycan klassik estradasının şedevr əsərlərindən olan, Rəşid Behbudovun oxuduğu “Yalqızam yalqız ” mahnısını ifa etdi.

Konsertdə sənətçi iki gənc istedadlı müğənni ilə - Mina Hüseyn və Elnurla duet oxudu.

Rafet El Romanın bütün ifaları gurultulu alqışlarla qarşılandı və konsert böyük anşlaqla keçdi.

Qeyd edək ki, konsertin təşkilatçısı EMKI Production olub.



Foto Ramin Aslanov

Şərhlər
Şou-biznes bölməsinin xəbərləri