“Balaban/ney sənətkarlığı və ifaçılıq sənəti" UNESCO-nun siyahısına daxil edilib




Azərbaycan və Türkiyənin birgə hazırladığı “Balaban/ney sənətkarlığı və ifaçılıq sənəti” çoxmillətli mədəniyyət elementi Qeyri-Maddi Mədəni İrsin Mühafizəsi Komitəsinin 18-ci sessiyasında UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Təmsilçilik Siyahısına (İCH) daxil edilib.


Bu barədə UNESCO üzrə Azərbaycan Milli Komissiyasının "X" hesabında paylaşım edilib.


Bildirilib ki, artıq Azərbaycanın Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısında 23 elementi var. Yeni əlavə olunanlar aşağıdakılardır:


- Aydınlanma sənəti: Təzhib/Tazhib;


- İftar və onun sosial-mədəni ənənələri;


- Balaban/ney sənətkarlığı və ifaçılıq sənəti;


- Sədəfdüzmə sənətkarlığı.




Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57