Gökan Özen Bakıda konsert verdi



Türkiyənin tanınmış müğənnisi Gökan Özen 1 dekabrda Bakı Konqres Mərkəzində sevənlərinin qarşısına çıxıb.

 LİVE.az xəbər verir ki, gecədə pop ulduz sevilən mahnılarını bir-birinin ardınca ifa edib. Onların arasında- Aramazsan arama, Budala, Civ civ, Herşeyde biraz sen varsın, Ne farkeder, Bize aşk lazım və s.

Bakı səhnəsində Gökhan Özenin ad günüdə qeyd olunub, təşkilatçılar ona sürpriz edərək gül dəstəsi və tort təqdim ediblər.

Unudulmaz anlar yaşayan gecənin qonaqları sənətçinin mahnılarının sədaları altında bolluca rəqslər edərək musiqiləri birgə səsləndiriblər.

"Event Office" tərəfindən  təşkil olunan konsert böyük anşlaqla keçib və hamının zövgünə oxşayıb.





Şərhlər
Şou-biznes bölməsinin xəbərləri