Meqa star Tarkan Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib



25 noyabr Türkiyənin məşhur müğənisi, Meqa star Tarkan “Baku Crystall Hall"da sevənləri qarşısında konsert proqramı ilə çıxış edib.


Live.az xənər verir ki, 30 nəfərlik komanda ilə Bakıya gələn tanınmış sənətçi konsertə "Yolla” mahnısı ilə başlayıb. Konsertdə Tarkanın sənətə gəldiyi ilk illərdən bu günə qədər ifa etdiyi ən hit mahnıları səslənib. Onların arasında - "Dudu", "Kuzu-kuzu", "Yap bi güzellik", "Beni çok sev", "Kedi gibi", "Şımarık", "Çok ağladım", "Öp", "Adımı kalbine yaz", "Hepsi senin", "İşim olmaz", "Verme", "Bekle" və s.

Meqa starın pərəstişkarları Tarkanın bütün ifalarını onunla birlikdə ifa edib. Konsert böyük anşlaqla keçib və hamınin zövgünə oxşayıb.

Bundan öncə “İticket production”ın təşkilatçılığı ilə Özbəkistan və Qazaxstanda sevənlərinin qarşısına çıxan sənətçi turnesini Azərbaycanda bitirib.

Qeyd edək ki, bu, 2017-ci ildə F1 çərçivəsində Bakıda konsert verən Tarkanın illər sonra Azərbaycanda ilk solo konsertidir.

Meqastarın konsertinə 18 mindən çox bilet satılıb. Bu ölkəmizdə konsert verən rus və türk müğənnilər arasında rekord göstəricidir.





Şərhlər
Şou-biznes bölməsinin xəbərləri