Fatma Turgut Bakıda möhtəşəm konsert verdi

Fatma Turgut Bakıda möhtəşəm konsert verdi 

Enerji dolu və unikal səhnə performansı, eləcə də maraqlı hekayələri ilə tanınan, Model qrupunun keçmiş solisti Fatma Turgut Bakıda konsert proqramı ilə çıxış etdi. Konsert 12 noyabr  Elektra Events Hall-da "Triangle-Pro" təşkilatçılığı ilə baş tutdu!

Qeyd edək ki, bu, Fatma Turgutun ölkəmizə ilk səfəri deyil və o, bundan əvvəl  üç dəfə paytaxtımızda möhtəşəm konsert verib.

“Hər kəsi salamlayıram. Bakını çox sevirəm. Hər kəsə ayrı-ayrılıqda təşəkkürümü bildirirəm ki, konsertimə  gəldiz".

 Konsertde Fatma Turgutun "Bir Varmış Bir Yokmuş" ," Olmuyor", "İkimizden Biri", " Hata" ve s. xitləri səsləndi.

Elektra Hallda baş tutmuş konsert böyük anşlaqla keçdi və hamının zövgünə oxşadı.


Günel Həsənova

Şərhlər
Şou-biznes bölməsinin xəbərləri