Azər Zeynalovun "Bir son bahar" adlı solo konserti baş tutacaq



Oktyabrın 20-də Heydər Əliyev Sarayında Xalq artisti, professor Azər Zeynalovun solo konserti baş tutacaq. 


Konsertlərini yalnız ifasında olan mahnıların adı ilə adlandıran sənətçi bu dəfədə ənənəyə sadiq qaldı. Sözləri Nigar Rəfibeylinin, musiqisi Faiq Sucəddinovun "Bir son bahar" mahnısı həm dinləyicilər tərəfindən çox sevilir, həm konsert payız fəslinə təsadüf etdiyinə görə çox uyğun gəlir.


Gecədə Azər Zeynalov öz könül oxşayan ifaları ilə musiqisevərlərin qarşısına çıxacaq. Sevilən, artıq sənətçinin vizit kartına çevrilən mahnılarla yanaşı, konsertə yeni ifalarda təqdim olunacaq.


Konsertə olan biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.




Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57