Bakıda K-POP Festivalı baş tutdu




10 oktyabr 2023-cü il  tarixində Bakı Musiqi Akademiyasının Opera Studiyasında 2023-cü il Azərbaycan K-POP Festivalı təşkil edildi.  Festival Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən təşkil edilmişdir.

Tədbirdə açılış nitqi ilə çıxış edən cənab səfir Li In Yonq Azərbaycanlı pərəstişkarların K-POP-a göstərdiyi marağı yaxından hiss etdiyinindən məmnunluq hissini ifadə edərək, bu tədbirdən sonra Koreya və Azərbaycanın daha da yaxınlaşacağına ümid etdiyini vurğulamışdır.

Bu ilki festivalda 650-dən çox K-POP pərəstişkarı bir araya toplaşmış və Festival K-pop musiqisi vasitəsilə insanları bir yerə toplamaq misiyasını uğurla yerinə yetirmişdir. Festivalda K-POP pərəstişkarlarının səmimi iştirakı Azərbaycanda K-POP-a marağın yüksək səviyyədə olduğunu bir daha sübut etmişdir.

İlkin seçmələrdə 30-dan çox komanda finalda iştirak uğrunda mübarizə aparmış və bu komandaların qiymətləndirilməsi nəticəsində 6-sı rəqs kateqoriyasında və 3-ü vokal kateqoriyasında olmaqla 9 komanda Festivalda iştirak etməyə haqq qazanmışdır.

Festivalın sonunda rəqs kateqoriyası üzrə iki komanda (1ci yer- Grifon Crew, 2 yer- Nigar), vokal kateqoriyası üzrə isə Xədicə qalib olmuşdur.


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri