İrem Dereci Bakıda konsert proqramı ilə çıxış edib

7 oktyabr tanınmış türk müğənnisi İrem Dereci Bakıda konsert proqramı ilə çıxış edib. “Tar events Baku” tərəfindən təşkil edilən gecə Heydər Əliyev Sarayında baş tutub. Müğənnini səhnədə musiqiçiləri müşayiət edib.

İrəm Dərici 21 mart 1987-ci ildə İstanbulda anadan olub. Musiqili karyerasına 12 il önce başlayan müğənni səhnədə böyük uğurlar qazanıb.

İrem Derici Bakı konsertində sevilən mahnılarını səsləndirib. Onların arasında: "Kalbimin Tek Sahibine"," Yaz gülü", " Papatya", "Zorun Ne Sevgilim","Bir miyiz?", "Aşk Eşittir Biz", "Dantel", "Tektaş"və s.

Müğənni həm də tamaşaçılarla maraqlı söhbət edib, zarafatları ilə yadda qalıb.

Konsert böyük anşlaqla keçib və hamının zövgünə oxşayıb.




Günel Həsənova
Foto Ramin Aslanov
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri