Linda Bakıda konsert proqramı ilə çıxış edəcək


Linda Bakıda konsert proqramı ilə çıxış edəcək.

Tanınmış müğənni Linda oktyabrın 21-də Heydər Əliyev Sarayında “Life” adlı konsert proqramı ilə çıxış edəcək.

Linda bəstələrinin bəstəkarı Maksim Fadeyevdən ayrıldıqdan sonra müstəqil şəkildə şeir və musiqi yazmağa başlayıb. O, həmçinin Yevgeni Pozdnyakov, Mara və Lyubaşa kimi müəlliflərlə əməkdaşlıq edir.

Müğənninin səhnə obrazı və qeyri-adi musiqisi heç kəsi laqeyd qoymayacaq. Onun “Vorona”, “Malo oqnya”, “Severnıy veter”, “Tak kriçali ptitsı”, “Marixuana”, “Sepi i koltsa” kimi kompozisiyaları isə fanatları tərəfindən çox sevilir.

Konsertin təşkilatçısı- KİM production
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri