Bakıda Avropa Dillər Günü qeyd olundu


26 sentyabr Xəzər Universitetində Avropa Dillər Günü qeyd olundu.

Tədbir Latviyanın EUNIC-ə sədrliyi çərçivəsində Xəzər Universiteti və Latviyanın Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən birgə təşkil olunmuşdu.
 
Avropa Dillər Günü — hər il sentyabrın 26-sı Avropada və digər ölkələrdə  qeyd olunan bayramdır. Həmin təqvim 2001-ci il 6 dekabrda Avropa Şurası tərəfindən təsis edilib. Növbəti il sentyabrın 26-dan etibarən üzv dövlətlər bu günlə əlaqədar müxtəlif tədbirlər təşkil etməyə başlayıblar. Avropa Dilləri Gününün qeyd edilməsinin əsas səbəbi hər kəsi ikinci və ya üçüncü dil öyrənməyə təşviq etmək, həmçinin bir neçə dilbilmənin mədəniyyətlərarası anlayışı artırdığını aşılamaqdır.

Avropada 225 yerli dil var və onların üçdə ikisi təhlükə altındadır.

Tədbir bugünkü sürətlə dəyişən dünyada dil biliyinin nə qədər vacib olduğunu izah edən mükəmməl təqdimatla açılıb. Tədbirdə
Azərbaycanda diplomatik xidmətdə olan səfirlər və onların nümayəndələri iştirak etib.

Xəzər Universitetinin tərkibində olan Dünya məktəbinin şagirdləri qonaqları Avropanın müxtəlif dillərində salamlayıblar.

İştirak edən qonaqlar milli stendləri ziyarət edə, müxtəlif Avropa dilləri ilə tanış ola, həmçinin çoxsaylı interaktiv tədbirlərdə iştirak edə bilmişdilər.

Bütün təqdim olunan stendlər azərbaycanlı tələbələrin böyük marağına səbəb olub.
 


Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57