“Imagine Dragons” Bakıda çıxış edib


Sentyabrın 2-də Amerikanın dünyaca məşhur “Imagine Dragons” rok qrupu “Mercury World Tour” dünya turnesi çərçivəsində Bakı Olimpiya Stadionunda çıxış edib.

LİVE.az life.az-a istinadla xəbər verir ki, stadionları pərəstişkar kütləsi ilə doldurmaqda çətinlik çəkməyən, hər addımda rekordlara imza atan, “Qremmi” musiqi mükafatına layiq görülmüş Las Veqas kvarteti öz möhtəşəm ifaları ilə pərəstişkarları qarşısına çıxıb.

Minlərlə azərbaycanlı azarkeşdən əlavə, konsertə Rusiya, Çin, Ukrayna, Qazaxıstan və sair ölkələrdən fanatlar gəlib.

Bakıda «əjdahalar»ın konserti "istiləşməsində" britaniyalı «The Amazons» qrupu ən yaxşı hitlərini ifa ediblər.

Sonra çoxdan gözlənilən «İmagine Dragons» konserti başladı.

Səhnəyə qrupun solisti Dan Reynolds, gitarist Wayne Sermon, bassist Ben Makki və davulçu Daniel Platzman çıxdı.

Daha sonra qrupun pərəstişkarları ilə unisonda ifa etdiyi «Believer» hiti səsləndi.

«I bet my life» kompozisiyasını Dan Reynolds valideynlərinə həsr etmişdir.

Konsertdə «I 'm So Sorry», «Next to me», «Whatever it Takes», «Enemy», «Bones», «Radioactive» və əlbəttə ki, «Thunder» mahnıları səsləndirildi.

Konsertin sonunda «Walking The Wire səsləndi.

Möhtəşəm mənzərə heç kəsi laqeyd buraxmadı, hər bir tamaşaçı səslərin gücünü və Imagine Dragons-un enerjisini tam şəkildə hiss edə bildi.

Qeyd edək ki, “Imagine Dragons” 2008-ci ildə Las-Veqasda (Nevada ştatı) yaradılan amerikan pop-qrupudur. Qrup dörd nəfərdən ibarətdir: frontmen Den Reynolds, bas-gitaraçı Ben Maki, gitaraçı Ueyn Sermon və təbilçi Den Platsman. Qrup 2012-ci ildə “Night Visions” debüt studiya albomunun buraxılmasından sonra məşhur olub. Amerikanın “Billboard” jurnalı onları 2013-cü ilin ən parlaq ulduzları adlandırıb, “Rolling Stone” jurnalı isə onların “Radioactive” mahnısını ilin ən böyük rok hiti olduğunu qeyd edib. “Imagine Dragons” buraxdığı beş alboma görə 53 nüfuzlu musiqi mükafatı və 160 nominasiyaya layiq görülüb. Qrup, həmçinin üç “American Music Awards”, doqquz “Billboard Music Awards”, ən yaxşı rok ifasına görə “Qremmi” mükafatı, “MTV Video Music” mükafatı və ən yaxşı rok qrupuna görə “World Music” mükafatına layiq görülüb. 2018-ci ildə qrup dünyada ən populyar qrup kimi “Believer”, “Thunder” və “Radioactive” mahnıları ilə milyarddan çox baxış toplayan ilk rok qrup olaraq “Spotify”də rekord vurub.












Şərhlər
Şou-biznes bölməsinin xəbərləri