Ludovico Einaudi Bakıda çıxış edəcək

  

2 oktyabr Heydər Əliyev Sarayında tanınmış bəstəkar Ludovico Einaudinin konserti təşkil olunacaq.

Ludovico Einaudi dünya klassikası tarixinə daxil olmuş italyan bəstəkarıdır. Dövrümüzün ən çox axtarılan bəstəkarlarından biri, musiqidə neoklassik istiqamətin simvolu, bir çox məşhur filmlərin musiqi müəllifidir.

Einaudi qeyri-adi və çoxşaxəli əsərlər yaradır, hansılarki fortepiano kompozisiyalarının təkamülünün canlı mənzərəsidir. Onun yaradıcılığında klassiklərin sarsılmaz ənənələri, etnik motivlər, müasir elektron səs və populyar musiqinin dinamizmi harmonik şəkildə birləşir.

Musiqiçinin diskoqrafiyasında 15-dən çox studiya albomu və ümumilikdə 40-dan çox musiqi buraxılışı var. Bir çox musiqilərin müxtəlif ölkələrdə qızıl və platin statusu var. Dahi bəstəkarın saundtreklərini ən məşhur Hollivud və Avropa filmlərində dinləmək olar.

Konsertin təşkilatçısı -33 Event

Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57