Harri və Meqan ayrılırlar?


Böyük Britaniyanın vəliəhd şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl arasında problemlər yarandığı iddia edilib.

LIVE.az   xəbər verir ki, bu barədə "Page Six" nəşri məlumat yayıb.

Insayder qeyd edib ki, Şahzadə Harri özünün «ikinci evi» hesab etdiyi qitədə özünü «özünə ən çox bənzəyən» hiss etdiyi üçün «Netflix» üçün yeni şou çəkmək üçün yalnız Afrikaya getmək niyyətindədir.

«Fərqli qitələrdə ayrı-ayrı vaxt keçirmək onlara yollarına davam etmək üçün lazım olanı tapmağa kömək edə bilər», - deyə mənbə əlavə edir.

Insayderin sözlərinə görə, onların «Kaliforniyadakı dəbdəbəli həyat tərzini, o cümlədən böyük təhlükəsizlik xərclərini maliyyələşdirmək» üçün kifayət qədər pulları yoxdur. «Bu stres onların emosional problemləri ilə birlikdə, yəqin ki, onların həyatını cəhənnəmə çevirib», - deyə insayder bildirib.

Digər anonim insayder isə ulduzlar haqqında dedikodulara ixtisaslaşmış saytlardan birində bildirib ki, cütlük artıq «Montesitoda öz malikanəsini satıb» və Harri «başqa yerdə yaşayır».

Belə görünür ki, cötlüyün ətrafında çox sayda şaiələr yayılmağa başlayıb.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri