Eyyub Yaqubov və "Big Band" yenidən "Yaşıl Teatr" səhnəsində


Xalq artisti Eyyub Yaqubov çox saylı istəkləri nəzərə alaraq  yenidən "Big band" in müşaiyəti ilə musiqi sevərlərin görüşünə gəlməyə hazırlaşır.


"Big band sound pro" nun təşkilatçılığı ilə ərsəyə gələn musiqili gecə 2 gün, 19 və 20 avqust  "Yaşıl teatr" da baş tutacaq. Gecədə, bir çox sürprizlər və şoular ilə yanaşı, Xalq artisti Cavan Zeynallı və Big bandin bədii rəhbəri Fuad Musayev də səhnə alacaq. 


Xatırladaq ki, bu Eyyub Yaqubovun son iki il ərzində Big band ilə birlikdə ərsəyə gətirdiyi sayca 9-cu konsert proqramıdır. Xalq artisti daha öncə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində 2 gün, Heydər Əliyev sarayında 5 gün, dəniz kənarı məkanlardan birində 1 günlük möhtəşəm konsert proqramı ilə çıxış etmişdi. 

Şərhlər
Şou-biznes bölməsinin xəbərləri