Milana Star Bakıda




Bakıda ilk dəfə,Opera Studiyasının səhnəsində gənc ulduz Milana Starın konserti baş tutdu.

LIVE.az xəbər verir ki, Milana Star 17 fevral 2010-cu ildə model və aktrisa İrina Mairko və aktyor, bəstəkar, müğənni, prodüser Vitali Qoqunskinin ailəsində anadan olub. 2017-ci ildə Milana "Malyavka" mahnısı üçün ilk videonu yayımladı (musiqi Mixail Grebenshikov). İlk üç həftə ərzində klip YouTube-da 2 milyon dəfə baxıldı və 7 yaşlı Milana bir anda populyarlaşdı.

Konsert parlaq və unudulmaz keçdi. Konsertdə köhnə hit mahnılarla yanaşı yeni mahnılarda səsləndi.
 
Milana Star səhnəni dostu Denis Buninla paylaşdı.

Dekorasiya, geyimlər, rəqslər və canlı video məzmunu Milananın gənc fanatlarını heyran etdi.

Fanatların çox saylı xahişi ilə konsert bir daha14 iyun saat 13.00  Opera Studiyasının səhnəsində baş tutacaq.

Bu konsertlərə gələ bilməyənlər isə təəssüflənməsin: Milana Starın Bakıda növbəti konserti 26 noyabr Heydər Əliyev Sarayında keçiriləcək.





Şərhlər
Şou-biznes bölməsinin xəbərləri