"Bənövşəyi Krallıq” kukla tamaşasın premyerası

 

İyunun 3 və 4-də İçərişəhər Müasir İncəsənət Mərkəzində “Bənövşəyi Krallıq” kukla tamaşasının premyerası baş tutub.

Tədbir Birləşmiş Rəssamlar Klubum dəstəyi ilə həyata keçirilib. 

"Bənövşəyi Krallıq" şair, yazıçı, dramaturq Anara Axundovanın eyniadlı kitabı əsasında hazırlanıb.   
Tamaşa Bənövşəyi Krallığın sakinləri və onların başına gələn əhvalatlardan bəhs edir: sevincli və bir az kədərli, gülməli və ibrətamiz, adi və qeyri-adi, lakin həmişə mehriban və parlaq.

Kukla tamaşası ibtidai məktəb yaşlı uşaqlar üçün nəzərdə tutulsa da, böyüklər üçün də maraqlıdır. Kitab "şəhər nağılı" janrında yazılmışdır və mahiyyətcə böyüklər üçün nağıl toplusudur.

 Tamaşada iştirak edir: Anara Axundova - şair, yazıçı, dramaturq, ədəbi-musiqili konsert və tamaşaların təşkilatçısı və Anna Süleymanova -fotoqraf, ABA terapevti, yaradıcılıq və inkişaf fəaliyyətləri üçün AnA studiyasının həmtəsisçisi, uşaqlar üçün təhsil proqramlarının müəllifi.
 Dekorasiya Anna Süleymanova tərəfindən hazırlanmışdır; Personajları isə rəssam və dizayner Oksana Kazımova yaradıb. Tamaşanın musiqisini bəstəkar və musiqiçi Nataliya Qonçarova yazıb. "Bənövşəyi Krallıq" tamaşası AnA studio layihəsi (Anara Axundova və Anna Süleymanova tərəfindən yaradılmış uşaqlar üçün yaradıcı və inkişaf edən studiya) çərçivəsində səhnələşdirilən üçüncü tamaşadır.

Tamaşa iyunun sonuna kimi nümayiş olunacaq.







 
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57